Bazar ertəsi , Oktyabr 3 2022
Qaçan xəbərlər

Torpaq sürüşməsində bir nəfər öldü – VİDEO – FOTO

Martın 7-də Lerik rayonunda baş verən torpaq sürüşməsi nəticəsində yaşayış evi dağılıb.

Həftə.az xəbər verir ki, hadisə rayonun Çayrud kəndində qeydə alınıb. 

Torpaq sürüşməsi nəticəsində kənd sakini Arif Əlirzayevə məxsus ev dağılıb. A.Əlirzayev uçqun altında qalaraq ölüb. 

Ailənin daha iki üzvü isə xəsarət alıb. Bunlar 1988- ci il təvəllüdlü Qızqayıt Mirəhəd qızı Əliyeva və 2014-cü il təvəllüdlü Ayan Arif qızı Əlirzayevadır. Yaralılar Lerik Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlər xəsarət alan şəxslərin vəziyyətini normal kimi qiymətləndirir. 

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …