Bazar ertəsi , Sentyabr 26 2022
Qaçan xəbərlər

SON DƏQİQƏ! “28 Mall” bağlandı – Çünki…

“28 Mall” Ticarət Mərkəzi bu gün səhər saatlarından bağlanıb.

Həftə.az xəbər verir ki, ticarət mərkəzinin qarşısına alış-verişə üçün gələnlərin içəri girişinə icazə verilmir.

Mühafizəçilərin bildirdiyinə görə, bağlanmaya səbəb səhər saat 10:00-dan ticarət mərkəzinə elektrik enerjisinin verilişinin dayandırılmasıdır.

“28 Mall” ticarət mərkəzinin nə vaxt açılacağı ilə bağlı heç bir məlumat verilmir. Mühafizəçilərin sözlərinə görə, hazırda içəridə yalnız mağaza və digər obyektlərdə çalışan işçilərdən başqa heç kim yoxdur. Yalnız elektrik enerjisi veriləndən sonra içəri girişə icazə veriləcək.

Elektrik enerjisinin hansı səbəbdən dayandırıldığı və ticarət mərkəzinə bağlı qaldığı müddətdə dəyən ziyan haqqında məlumat verilmir.

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …