Cümə axşamı , Oktyabr 6 2022
Qaçan xəbərlər

Raket əsgərin qolunu qopardı

Rusiyada keçirilən hərbi təlim vaxtı helikopterə tuşlanılan raket əsgərlərin olduğu ərazinin yaxınlığına düşüb.

Həftə.az xəbər verir ki, hadisə nəticəsində 3-ü ağır olmaqla, 5 hərbçi yaralanıb.

Olay Rusiyanın Murmansk vilayətində yerləşən Peçenqa poliqonunda baş verib.

Ssenariyə görə, raket havadakı helikopterə vurulmalı idi. Amma əsgərin çiynindən atılan raket əsgərlərin arasında düşərək parçalanıb.

Raketi atan əsgərin qolunun qopduğu bildirilib.

Baxın

Gürcüstanın baş naziri: “Azərbaycanla ehtiyatlı olmalıyıq”

“David Qareci məsələsinin siyasiləşdirilməsi yolverilməzdir”. Hefte.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxariya …