Çərşənbə , Sentyabr 28 2022
Qaçan xəbərlər

Qadın deputat koronavirusdan öldü

İranda koronavirusdan ölən siyasətçilərin sayı artır.

Həftə.az xəbər verir ki, ölkə parlamentinə Tehran şəhərindən seçilən 55 yaşlı qadın deputat Fatimə Rəhbər ötən gün müalicə aldığı Tehranın Məsih Daneşvari xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, İranda koronavirus daşıyıcılarının sayı 4 747 nəfərdir. Virusdan ölənlərin sayı isə 124 nəfərdir.

Ölkənin birinci vitse-prezidenti İshaq Cahangiri, sənaye, mədən və ticarət naziri Rza Rəhmani, səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar, sabiq ədliyyə naziri Mustafa Purməhəmmədi də daxil olmaqla 23 deputat koronavirusa yoluxub. (report.az)

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …