Cümə , Sentyabr 30 2022
Qaçan xəbərlər

Prezident Administrasiyasının fəaliyyəti məhdudlaşdırıldı

Gürcüstanın Prezident Administrasiyasının fəaliyyəti koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə martın 7-dən 16-dək müvəqqəti məhdudlaşdırılıb.

Həftə.az xəbər verir ki, bu barədə administrasiya məlumat yayıb.

Qeyd olunan dövrdə Orbeliani sarayında rəsmi tədbirlər keçirilməyəcək və vətəndaşların qəbuluna da məhdudiyyətlər tətbiq olunacaq.

Müxtəlif məsələlərlə bağlı Prezident Administrasiyasına müraciət etmək üçün vətəndaşlar “qaynar xətt” və ya rəsmi elektron poçt ünvanı ilə əlaqə saxlaya biləcəklər.

Bu məhdudiyyətlərə baxmayaraq, administrasiya adi rejimdə fəaliyyətini davam etdirəcək.

Xatırladaq ki, bu günə qədər Gürcüstanda koronavirusa yoluxma ilə bağlı 12 hal təsdiqlənib.

Baxın

Gürcüstanın baş naziri: “Azərbaycanla ehtiyatlı olmalıyıq”

“David Qareci məsələsinin siyasiləşdirilməsi yolverilməzdir”. Hefte.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxariya …