Bazar , Oktyabr 2 2022
Qaçan xəbərlər

Mobil telefonların qiyməti dəyişəcək

Koronovirusa görə bir çox dövlətlərin Çinlə sərhəddi bağlaması və ixracatın minimuma endirilməsi Azərbaycan bazarlarına öz təsirini göstərib. Təsir əsasən mobil telefon satışında müşahidə olunur. Çin istehsalı olan telefonların ya bahalaşması, ya azalması, ya da ümumiyyətlə satışdan çıxarıldığını görmək mümkündür.

İqtisadçı Rəşad Həsənov bildirib ki, Azərbaycan hökuməti Çindən idxal olunan ərzaq məhsulları daxil olmaqla, 3 mindən çox məhsul növünə məhdudiyyətlər təqbiq edib. Bu da ölkə bazarında qiymətlərin artmasına səbəb olacaqdır.

Ekspertlər vətəndaşlara bu aralar çin məhsullarına qarşı daha ehtiyatlı davranmağı və  ehtiyac olmadığı halda onları almamağı tövsiyyə edir. Belə olarsa bahalaşma nisbətən azala bilər.

Qeyd edək ki, keçən il Çindən Azərbaycana idxal olunan mal və xidmətlərin ümumi dəyəri təxminən 1.4 milyard dollar olub.

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …