Cümə , Sentyabr 30 2022
Qaçan xəbərlər

Lerikdə sürüşmə zamanı xəsarət alanlar haqqında – AÇIQLAMA

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Lerikdə sürüşmə nəticəsində xəsarət alanların sağlamlıq durumu ilə bağlı məlumat yayıb.

Həftə.az xəbər verir ki, sürüşmə zamanı xəsarət alan 2 nəfər xəstəxanaya yerləşdirilib.

Onlardan biri ilkin ambulator yardım göstərildikdən sonra evə buraxılıb. Digər şəxs isə xəstəxanada saxlanılır, onun vəziyyətinin qənaətbəxş olduğu bildirilib.

Xatırladaq ki, bu gün səhər saatlarında Lerikdə torpaq sürüşməsi olub. Rayonun Çayrud kəndində baş verən torpaq sürüşməsi nəticəsində Əlirzayev Arifə məxsus ev dağılıb. A.Əlirzayev ölüb, ailənin digər iki üzvü – 2014-cü il təvəllüdlü Ayan Arif qızı Əlirzayeva və 1988-ci il təvəllüdlü Qızqayıt Mirəhəd qızı Əliyeva xəsarət alıblar. Yaralılar Lerik Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …