Cümə axşamı , Oktyabr 6 2022
Qaçan xəbərlər

Ebolanın bitəcəyi tarix açıqlandı: ÜST

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Ebolaya yoluxmuş son pasiyentin evə buraxıldığını və epidemiyanın sona yaxınlaşdığını açıqlayıb.

Belə ki, Konqo Demokratik Respublikasının şərqində güclü təsirə malik Ebolanın son daşıyıcısı da sağalıb.

Məlumata görə, yaxın 42 gündə başqa yoluxma faktı qeyd edilməsə, ÜST ölkədə Ebola epidemiyasının başa çatdığını elan edəcək.

Xatırladaq ki, epidemiyanın ortaya çıxdığı 2018-ci ilin avqust ayından indiyədək 3 444 yoluxma faktı qeydə alınıb və 2 264 nəfər ölüb. Ebola Qərbi Afrikada 2014-cü ildə başlayan və 11 mindən çox insanın həyatına son qoyan epidemiyadır. 

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …