Çərşənbə , Oktyabr 5 2022
Qaçan xəbərlər

Camal Qaşıqçı ölümündən bəhs edən film – Holluvudda…

“Sundace Film Festivalı”ında nümayiş etdirilən jurnalist Camal Qaşıqçının qətlindən bəhs edən “Dissident” adlı sənədli filmin Hollivudda yayılması dayandırılıb.

Həftə.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb filmin rejissoru Brain Vogelin Səudiyyə rəhbərliyinin iqtisadi sanksiyasından qorxmasıdır.

“Hulu”, “Amazon”, “HBO” və “Showtime” kimi kabel və internet üzərindən yayımlanan ekran şirkətləri də “təhlükəsizlik tədbirləri” səbəbiylə filmin yayılmasını dayandırıb.

Xatırladaq ki, Camal Qaşıqçı 2 oktyabr 2018-ci ildə Səudiyyə Ərəbistanının İstanbundakı Baş Konsulluğunda öldürülüb.

Baxın

Məşhurun atası koronavirusdan öldü

Həftə.az xəbər verir ki, koronavirusdan ölənlərin sayı artmaqda davam edir. Onlardan biri də Türkiyənin məşhur …