Şənbə , Oktyabr 1 2022
Qaçan xəbərlər

Bakıda 85 ilin körpüsü sökülür

Həftə.az xəbər verir ki, 28 May küçəsindəki məşhur dəmiryol körpüsü söküləcək.

Bakı Nəqliyyat Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Mais Ağayevin sözlərinə görə, körpünün söküntü işləri bu gündən aparılacaq.

O bildirib ki, söküntü işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti sözügedən küçənin Yusif Səfərov və Kövkəb Səfərəliyeva küçələri arasında yerləşən hissəsi ilə hərəkəti məhdudlaşdırılacaq. Məhdudlaşma martın 9-u axşam saatlarına qədər tətbiq olunacaq.

Xatırladaq ki, bir neçə il öncə həmin körpüdə baş verən qəza onu zədələmişdi. Belə ki, betonvuran (pompa) nəqliyyat vasitəsi sürətlə hərəkət edərək körpünün altında ilişərək qalmışdı.

1935-ci ildə tikilmiş həmin körpü sonuncu dəfə 1978-ci ildə əsaslı təmir olunmuşdu.

Baxın

Azərbaycanda 4 bankın bütün səlahiyyətləri alındı

Azərbaycan Respublikasnın Mərkəzi Bankının İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli müvafiq qərarları ilə “Atabank” …