Bazar ertəsi , Oktyabr 3 2022
Qaçan xəbərlər

“AGF Junior Trophy” turnirinin finalçısı- Mənsum Səfərov

Azərbaycan gimnastları Mənsum Səfərov kişi idman gimnastikası üzrə “AGF Junior Trophy” beynəlxalq turnirində halqalarla hərəkətlərdə finala çıxıb.

İdmançımız 12.300 xal toplayıb.

Bu növdə finala, həmçinin Kerem Şener (Türkiyə), Vladimir Kostyuk (Ukrayna), Cordi Hagenaar (Niderland), Mert Çakmak (Türkiyə), Radomir Stelmax (Ukrayna), Çuanq Çia-Lunq və Huanq Yen-Çanq (hər ikisi – Tayvan) vəsiqə qazanıb.

Digər azərbaycanlı gimnastlar Anar Həsənov, Ramin Dəmirov və Rəsul Əhmədzadə finala çıxa bilməyib.

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq kişi idman gimnastikası üzrə “1-ci AGF Junior Trophy” adlı beynəlxalq turnir təşkil edir. Milli Gimnastika Arenasında keçiriləcək yarışda gənclər yaş qrupuna daxil olan 2003-2006-cı il təvəllüdlü gimnastlar öz bacarıqlarını nümayiş etdirəcəklər.

Azərbaycanı turnirdə Ramin Dəmirov, Mənsum Səfərov, Anar Həsənov, Rəsul Əhmədzadə və Ağakazım Rüstəmov təmsil edir.

Anar Həsənov və Rəsul Əhmədzadə fərdi çoxnövçülükdə, Ağakazım Rüstəmov sərbəst hərəkətlərdə və dəstəli at üzərində hərəkətlərdə, Mənsum Səfərov sərbəstə hərəkətlərdə, halqalarla hərəkətlərdə, dayaqla tullanmada, paralel qollarda və turnik üzərində hərəkətlərdə, Ramin Dəmirov dəstəli at üzərində, halqalarla hərəkətlərdə, dayaqla tullanmada, paralel qollarda və turnik üzərində hərəkətlərdə çıxış edəcək.

Həmçinin yarışda azərbaycanlı gimnast Səməd Məmmədli müsabiqədən kənar olaraq iştirak edir.

Baxın

Koronavirusa yoluxan idmançılar – SİYAHI

Dünyada koronavirusa yoluxan idmançılardan indiyədək 11-nin adı ictimaiyyətə açıqlanıb. Həftə.az xəbər verir ki, onların 6-sı …