Çərşənbə , Sentyabr 28 2022
Qaçan xəbərlər

ABŞ-a İsraildən: Dəmir Qübbə…

ABŞ-ın İsraildən satın aldığı Dəmir Qübbə müdafiə sistemlərində bəzi problemlər ortaya çıxıb.

Həftə.az xəbər verir ki, bu barədə məlumatı “Star” yayıb. Məlumata görə, ABŞ Müdafiə Nazirliyi İsraildən Dəmir Qübbə müdafiə sisteminin daha iki batareyasını satın almaq üçün 1 milyard dollar xərcləməyi planlaşdırırdı. Lakin ötən il aparılan sınaqlarda sistemlərin Döyüş Komandanlığı Sisteminə daxil edilməsinə mane olan bəzi problemlər ortaya çıxıb.

Sistemlərin inteqrasiyası barədə danışan ABŞ Silahlı Qüvvələr Komandanlığının rəhbəri general Mayk Murray da açıqlamasında Dəmir Qübbə ilə bağlı bəzi problemlər yaşandığını təsdiqləyib:

“Biz qarşılıqlı əlaqə yaratdıq və bəzi kiber problemlər də daxil olmaqla, bəzi çətinliklərlə üzləşdik. Bunlara əsaslanaraq hava hücumundan müdafiə sistemlərini öz sistemlərimizə inteqrasiya edə biləcəyimizə inanırıq”.

Məlumatda o da bildirib ki, adının açıqlanmasını istəməyən mənbə “Ze Tayms of İsrail”ə açıqlamasında ABŞ ordusunun əsas problemi Dəmir Qübbənin proqram təminatıdır deyib. Mənbə proqramın Pentaqonun istifadə etdiyi sistemlərə uyğun olması üçün yenidən proqramlaşdırıla bilmədiyini qeyd edib.

Baxın

Gürcüstanın baş naziri: “Azərbaycanla ehtiyatlı olmalıyıq”

“David Qareci məsələsinin siyasiləşdirilməsi yolverilməzdir”. Hefte.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxariya …