Çərşənbə , Sentyabr 28 2022
Qaçan xəbərlər

ÜST-nin baş katibi Azərbaycana təşəkkür etdi

Üumdünya Səhiyyə Təşkilatının (ÜST) baş katibi Tedros Adanom Gebreisus Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Vaqif Sadıqlı, Azərbaycan hökuməti və xalqına təşəkkürünü bildirib.

Həftə. az xəbər verir ki, ÜST-nin baş katibi bunu öz “Twitter” səhifəsində yazıb.

“Səfir Vaqif Sadıqlı, onun hökuməti və Azərbaycan xalqına koronavirusa reaksiya olaraq maliyyə dəstəyinə görə təşəkkür edirəm. ÜST həmrəyliyinizə görə minnətdardır. Birlikdə daha təhlükəsiz dünyaya doğru”, – o vurğulayıb.

Qeyd edək ki, Azərbaycan hökuməti dünyada koronavirus infeksiyasının yayılması riskinin qarşısının alınması istiqamətində beynəlxalq birliyin səylərinə töhfə məqsədilə ÜST-nin “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVID-19 müraciəti” adlı Fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımının verilməsi barədə qərar qəbul edib.

Xatırladaq ki, Azərbaycanda indiyədək 9 koronavirusa yoluxma halı təsdiqlənib. (report.az)

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …