Bazar ertəsi , Oktyabr 3 2022
Qaçan xəbərlər

XİN Ermənistanın təxribatı ilə bağlı bəyanat yaydı

“Bu ilin 5 mart tarixində Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini növbəti dəfə kobud şəkildə pozub. Düşmən qüvvələrinin snayperdən açdığı atəş nəticəsində Qazax rayonu Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsindəki sərhədçi əsgərimiz Orxan Nazim oğlu Paşazadə qətlə yetirilib.

Baş verən bu qanlı insident məqsədyönlü təxribat xarakteri daşıyır və bu cinayətə görə tam məsuliyyət işğalçı ölkə Ermənistanın üzərindədir”.

Həftə.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda qeyd edilir ki, Azərbaycanın beynəlxalq tanınmış sərhədlərini qoruyan hərbi qulluqçumuzun qətlə yetirilməsi işğalçı Ermənistanın münaqişənin sülh yolu ilə həlli çağırışlarının yalan və riyakarlıqdan başqa bir şey olmadığını açıq şəkildə nümayiş etdirir: “Məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin bu kimi cinayətkar və dağıdıcı fəaliyyəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə və beləliklə də ATƏT-in Minsk Qrupunun həmsədrləri simasında beynəlxalq ictimaiyyətin səylərinə birbaşa maneə törədir.

Allah şəhidimizə rəhmət eləsin”.

Baxın

Gürcüstanın baş naziri: “Azərbaycanla ehtiyatlı olmalıyıq”

“David Qareci məsələsinin siyasiləşdirilməsi yolverilməzdir”. Hefte.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxariya …