Çərşənbə , Oktyabr 5 2022
Qaçan xəbərlər

Şahbazov Vyanada bir sıra görüşlər keçirdi – FOTO

Vyanada səfərdə olan Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanının Energetika naziri şahzadə Əbdül Əziz bin Salman, OPEC-in Baş katibi Məhəmməd Sanusi Barkondo və Rusiya Federasiyasının Energetika naziri Aleksandr Novak ilə görüşlər keçirib.

Həftə.az xəbər verir ki, Energetika Nazirliyindən verilən məlumata görə, Səudiyyə Ərəbistanının Energetika naziri şahzadə Əbdül Əziz bin Salman ilə görüşdə neftə tələbatı azaldan və qiymətə təsir edən amillər, o cümlədən koronavirusun iqtisadi inkişafı zəiflətməsi vəziyyətində neft bazarının tənzimlənməsi məsələləri müzakirə edilib. “OPEC+” ölkələrinin neft bazarına növbəti dəstəyinin vacibliyi qeyd olunub.

Məlumata əsasən, görüşdə, həmçinin ikitərəfli enerji əməkdaşlığına dair məsələlərə də toxunulub. 240 MVt gücündə külək enerjisi layihəsi üzrə Energetika Nazirliyi və “ACWA Power” şirkəti arasında imzalanmış İcra müqaviləsinin iki ölkə arasında enerji əməkdaşlığının inkişafında əhəmiyyətindən bəhs edilib. Nazir Əbdül Əziz bin Salman külək elektrik stansiyasının tikintisi ilə bağlı investisiya layihəsinin həyata keçirilməsi üçün “ACWA Power” ilə müvafiq müqavilələrin imzlanması mərasimində iştirakına razılıq verib.

OPEC-in Baş katibi Məhəmməd Sanusi Barkondo və Rusiyanın Energetika naziri Aleksandr Novak ilə görüşlərdə isə neft bazarının qısa və uzunmüddətli perspektivdə inkişafı nəzərdən keçirilib. Neftin qiymətində volatilliyin və tələb-təklif arasında fərqin azaldılması üçün hasilatın məhdudlaşdırılması təklifi üzrə fakir mübadiləsi aparılıb. Neft bazarının tənzimlənməsi baxımından OPEC və qeyri-OPEC ölkələri arasında əməkdaşlığın və öhdəliklərin icrasının zəruriliyi vurğulanıb.

Baxın

Azərbaycanda 4 bankın bütün səlahiyyətləri alındı

Azərbaycan Respublikasnın Mərkəzi Bankının İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli müvafiq qərarları ilə “Atabank” …