Çərşənbə , Oktyabr 5 2022
Qaçan xəbərlər

Şəhid əsgərimiz sabah dəfn ediləcək – FOTO

Bu gün düşmən snayperi tərəfindən açılan atəş nəticəsində şəhid olan Dövlət Sərhəd Xidmətinin əsgəri, 1996-cı il təvəllüdlü Paşazadə Orxan Nazim oğlu sabah Cəlilabad rayonunun Cəfərxanlı kəndi qəbiristanlığında dəfn ediləcək.

“Həftə.az xəbər verir ki, martın 6-da şəhidlə ailəsinin yaşadığı kənddə vida mərasimi keçiriləcək.

Şəhidin nəşi doğulduğu kəndə aparılır. Sabah mərasimdən sonra şəhid kənd qəbiristanlıqda torpağa tapşırılacaq.

Qeyd edək ki, bu gün saat 19:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimi kobud surətdə pozulub.

O.Paşazadə Naxçıvan Dövlət Universitetinin İngilis dili müəllimliyi ixtisası üzrə ali təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanmışdı.

Baxın

Gürcüstanın baş naziri: “Azərbaycanla ehtiyatlı olmalıyıq”

“David Qareci məsələsinin siyasiləşdirilməsi yolverilməzdir”. Hefte.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxariya …