Çərşənbə , Oktyabr 5 2022
Qaçan xəbərlər

Qol sevincini belə qeyd etmək qadağandır

Fransanın “Marsel” klubu koronavirusa görə futbolçulara bir sıra qadağalar qoyub.

Həftə.az xəbər verir ki, bunu yerli mətbuata açıqlamasında komandanın hücumçusu Valer Jermen deyib.

Onun sözlərinə görə, futbolçuların bir-biri ilə əl sıxmasına və qucaqlaşmasına qadağa qoyulub: “Klubun həkimləri bizə əllə görüşməməyi, yaxından ünsiyyət qurmamağı və qol sevincindən sonra qucaqlaşmamağı tapşırıb. Bu gün “Amien”lə oyunda qol vursaq, uzaq məsafədən sevincimizi qeyd etməyin yolunu tapmalıyıq”.

Qeyd edək ki, Ande Villaş Boaşın komandası hazırda çempionatda 55 xalla 2-ci pillədə qərarlaşıb. (qol.az)

Baxın

Koronavirusa yoluxan idmançılar – SİYAHI

Dünyada koronavirusa yoluxan idmançılardan indiyədək 11-nin adı ictimaiyyətə açıqlanıb. Həftə.az xəbər verir ki, onların 6-sı …