Bazar ertəsi , Oktyabr 3 2022
Qaçan xəbərlər

Qadın idman jurnalistləri mükafatlandırıb – FOTO

Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

Həftə.az-ınməlumatına görə, Gənclər və İdman Nazirliyində təşkil edilən tədbirdə Azərbaycanın qadın idman jurnalistləri ilə görüş olub.

AİJF-in rəhbəri Qabil Mehdiyev Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafından danışan federasiya rəhbəri idmanın təbliğində qadın jurnalistlərin də əhəmiyyətli rol oynadığını vurğulayıb. Q.Mehdiyev sonda federasiya adından bu sahədə çalışan xanım jurnalistləri 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək bu məsuliyyətli və çətin işdə onlara uğurlar arzulayıb.

Sonra qadın jurnalistlərə federasiya tərəfindən xatirə hədiyyələri təqdim olunub.

Baxın

Koronavirusa yoluxan idmançılar – SİYAHI

Dünyada koronavirusa yoluxan idmançılardan indiyədək 11-nin adı ictimaiyyətə açıqlanıb. Həftə.az xəbər verir ki, onların 6-sı …