Çərşənbə , Oktyabr 5 2022
Qaçan xəbərlər

OPEK görüşü- NƏTİCƏ

Vyanada OPEK-ə üzv və qeyri-OPEK ölkələrinin (“OPEK+”) nazirlərinin görüşü keçirilib.

Həftə.az xəbər verir ki, görüşdə yeni tip koronavirusun yayılması nəticəsində dünya neft bazarlarında yaranan vəziyyət və neft hasilatında ixtisarlar barədə müzakirələr aparılıb. Mətbuata verilən açıqlamalara görə, görüşdə nazirlər neft hasilatına tətbiq edilən məhdudiyyətlərin uzadılması barədə razılığa gələ bilməyiblər.

Görüşdən sonra yayılan bəyanatda neftin qiymətini sabitləşdirmək üçün hasilatçı ölkələr arasında Əməkdaşlıq haqqında Nizamnamə çərçivəsində məsləhətləşmələrin davam etdiriləcəyi əksini tapıb.

Qeyd edilməlidir ki, görüşdən öncə OPEK neft hasilatının gündəlik daha 1,5 milyon barrel azaldılması və mövcud sazişin müddətinin ilin sonuna qədər uzadılması ilə bağlı təkliflə çıxış edib. Təklifə əsasən, həmin həcmin bir milyon barreli OPEC ölkələri, yarım milyon barreli isə qeyri-OPEC ölkələri tərəfindən ixtisar edilməli idi.

(AzərTac)

Baxın

Azərbaycanda 4 bankın bütün səlahiyyətləri alındı

Azərbaycan Respublikasnın Mərkəzi Bankının İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli müvafiq qərarları ilə “Atabank” …