Bazar ertəsi , Oktyabr 3 2022
Qaçan xəbərlər

Mikrofonun açıq olduğunu unudan Ərdoğan: ”Əsəd ilə …?” – VİDEO

Türkiyə və Rusiyanın İdlib atəşkəs üçün razılığa gəlməsinin ardından yığıncağa damğa vuran bir an yaşanıb.

Həftə.az Metbuat.az-a istinadən xəbər verir ki, mikrofonun açıldığının fərqinə varmayan Ərdoğan, Lavrovla söhbət edərkən Çavuşoğlunu yanına çağırıb və “Əsəd ilə görüşüldümü?” deyə soruşub.

Həmin anlar kameralarda əks olunub.

Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinin Rusiyanın paytaxtı Moskvada əldə etdiyi razılaşmaya əsasən İdlibdə atəşkəs qüvvəyə minib.

Moskvada əldə edilən razılaşmaya əsasən İdlibdə təmas xətti boyunca bütün hərbi hərəkətlər 6 mart 2020-ci il tarixində 00:01-dən etibarən dayandırılacaq.

M4 avtomobil yolunun şimalında 6 kilometr və cənubunda 6 kilometr təhlükəsizlik koridoru təsis olunacaq.

Bu koridorun yaradılması üsulları Türkiyə və Rusiya müdafiə nazirlikləri arasında 7 gün ərzində müəyyənləşdiriləcək.

Baxın

Gürcüstanın baş naziri: “Azərbaycanla ehtiyatlı olmalıyıq”

“David Qareci məsələsinin siyasiləşdirilməsi yolverilməzdir”. Hefte.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxariya …