Cümə , Sentyabr 30 2022
Qaçan xəbərlər

Köməkçi oyunçuları durmadan söydü – QALMAQAL – VİDEO

“Barselona” daxilində gərginlik davam edir.

Həftə.az xəbər verir ki, bu dəfə komandanın yeni baş məşqçisi Kike Setyenin köməkçisi Eder Sarabiya uyğunsuz hərəkəti ilə diqqət mərkəzinə düşüb. Konkret olaraq, 39 yaşlı mütəxəssis “Real”la “El-Klassiko” oyununda (0:2) bir neçə futbolçunu təhqir edib. Eder matçın gedişatında texniki zonadan qışqırmaqla “Barselona”nın hücumçusu Antuan Qrizamanın anasına söyüb. Bu isə efirə düşüb.

"Ну посмотрите на них, сукины дети", или Как Сетьен с помощником ругали игроков Барселоны во время матча против Реала

O, həmçinin oyunundan razı qalmadığı Jerar Pikeni, Ter Ştegeni, Arturu, Nelson Samedonu, eləcə də “Real”ın hücumçusu Benzemanın ünvanına təhqiramız ifadələr işlədib. Setyen özü də əsəbi reaksiyalar verib. Amma köməkçisi kimi təhqir səsləndirməyib.

Həmin matçdan sonra kapitan Lionel Messinin Ederə etiraz etdiyi bildirib. O da qeyd edilir ki, bu oyuna qədər yeni məşqçilərlə futbolçular arasında heç bir problem olmayıb.

“Marca” qəzetinin bu gün yazdığına görə, Setyen jurnalistlərə açıqlamasında köməkçisinin hərəkəti səbəbindən bütün məqçilər heyətin adından üzr istəyib:

“Əlbəttə, biz onunla danışmışıq. Bu məsələni həll etməyə çalışırıq. Eder bunun üzərində işləyir. Mən də daxil olmaqla məşqçilərimiz baş verənlərə görə üzrxahlıq edib. Bütün hallarda bu, mənim səhvimdir. Gərək hər şeyi nəzarətdə saxlayım. Bu məsələ mənə çox təsir göstərib və  narahat edib. Biz məşqçiləri pis oyuna, doğru olmayan əvəzetməyə görə tənqid etmək olar. Amma etik davranışa görə… Eder emosional oğlandır. Bu, yaxşı haldır. Amma o, özünü aparmaq qaydasını öyrənməlidir. Çünki belə hallar daha əvvəl də baş verib. Texniki zonada biz klubu təmsil edirik və hərəkətlərimiz də yaxşı olmalıdır”.

Xatırladaq ki, bu, son aylar “Barselona” daxilindəki ilk problem deyil. Daha əvvəl Lionel Messi ilə klubun idman direktoru Erik Abidal arasında problem yaranmışdı. (qol.az)

Baxın

Koronavirusa yoluxan idmançılar – SİYAHI

Dünyada koronavirusa yoluxan idmançılardan indiyədək 11-nin adı ictimaiyyətə açıqlanıb. Həftə.az xəbər verir ki, onların 6-sı …