Bazar ertəsi , Oktyabr 3 2022
Qaçan xəbərlər

Erməninin öldürdüyü həmyerlimizin dayısı bunu etdi – FOTOLAR – TƏFƏRRÜAT

Qazaxıstanın paytaxtı Nur-sultan şəhərində erməni tərəfindən öldürülən azərbaycanlı Etibar Ümidvar oğlu Teymurovun fotoları yayılıb.

Həftə.az KONKRET.az-a istinadən xəbər verir ki, o, Azərbaycan diasporunun tanınmış üzvlərindən biri olan Haşım Ağayevin bacısı oğludur.

Hadisənin şahidləri bildirirlər ki, Etibar “İris” kafesinin qarşısında Petrosla mübahisə edən əmisi oğlu Turala, qazax və kürd milliyyətindən olan dostuna yardım edərkən erməni tərəfindən gözlənilmədən ürək nahiyəsindən bıçaqlanıb. Hadisə barədə onun dayısı Haşım Ağayevə təcili məlumat daxil olub. Azərbaycan diasporunun fəal üzvü kafeyə gələrək ermənini şiddətlə döyüb. Ancaq hadisə yerində olan polislər onu sakitləşdirə biliblər.

Qətllə bağlı cinayət işi açılıb. Petros hazırda həbs edilib. Millətlərarası münaqişənin yaranmaması üçün şəhərin hüquq-mühafizə orqanları ciddi tədbirlər həyata keçirir.

İlkin məlumatlara görə, ermənilərlə azərbaycanlılar arasındakı qarşıdurmada xəsarət alan Etibarın əmisi oğlu Turalın və digər şəxslərin vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, qətlə yetirilən Etibar Ümidvar oğlu Teymurov Qazaxıstan vətəndaşıdır.

Hadisə Azərbaycanın Qazaxıstandakı səfirliyinin diqqət mərkəzindədir.

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …