Bazar , Oktyabr 2 2022
Qaçan xəbərlər

Erdoğan Moskvaya niyə getmişdi? – Anlamadım

Bu sözləri öz rəsmi hesabında siyasi şərhçi Şahin Cəfərli yazıb.

Daha sonra o, dünənki görüşün Rusiyanın xeyrinə həll olunduğunu detallarla izah edib:

“Putin və Ərdoğan İdlibdə atəşkəs barədə razılığa gəldilər.

Digər razılaşma M4 şosse yolunun şimal və cənubunda 6 km dərinliyində təhlükəsizlik zonası yaradılması barədə oldu. Bu zonada Rusiya və Türkiyə hərbçiləri ortaq monitorinq keçirəcəklər.

İmzalanan mətndə başqa heç nə yoxdur. İndi gəlin, 3 maddəlik bu anlaşmanın nə mənaya gəldiyini qısaca izah etməyə çalışaq.

Türkiyənin görüş öncəsi əsas tələbi nə idi? Türkiyə tələb edirdi ki, Əsəd qüvvələri 2018-ci ilin sentyabrında imzalanmış Soçi anlaşmasındakı sərhədlərə geri çəkilsin. Yəni Əsəd ötən ilyarımda İdlibdə ələ keçirdiyi ərazilərdən çıxsın. Ərdoğan bu barədə Şama ultimatum ünvanlamışdı. Lakin bu gün imzalanan sazişə baxanda görürük ki, bu məsələ orada əksini tapmayıb. Atəşkəs mövcud təmas xətti boyunca qüvvəyə minir, geri çəkilmə söhbəti yoxdur. (Atəşkəsin davamlı olacağına şübhəm var)

M4 magistralının şimalında və cənubunda təhlükəsizlik zonasının yaradılması (6+6 km) isə o deməkdir ki, Türkiyənin dəstəklədiyi qüvvələr həmin ərazilərdən çıxmalıdır. Bu, ona gorə lazımdır ki, həm M4 (Hələb-Lazkiye) yolunda hərəkət bərpa olunsun, həm də yaxınlıqdakı Rusiya hərbi bazasına (Hmeymim) olan təhdid aradan qalxsın.

Yəni Türkiyə bugünkü görüşdən nə əldə etdi, Ərdoğan Moskvaya niyə getmişdi, anlaya bilmədim” – deyə, ekspert təəcübünü də gizlətməyib.

Baxın

Gürcüstanın baş naziri: “Azərbaycanla ehtiyatlı olmalıyıq”

“David Qareci məsələsinin siyasiləşdirilməsi yolverilməzdir”. Hefte.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxariya …