Bazar ertəsi , Oktyabr 3 2022
Qaçan xəbərlər

Düyü torbasında heroin aşkarlandı – VİDEO

Dövlət Gömrük Komitəsi (DGK) Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə İrandan qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitənin Biləsuvar rayonu ərazisində realizə ediləcəyi barədə məlumat daxil olub. 

Həftə.az bu barədə DGK-ya istinadən xəbər verir.

Məlumatda deyilir ki, narkotik vasitənin “Biləsuvar-Biləsuvar gömrük postu” avtomobil yolundakı Balharı çayının üzərində olan körpünün altında gizlədildiyi və “Ataxan” adlı şəxs tərəfindən götürülərək realizə olunacağı müəyyən edilib.

Bu məqsədlə Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinin və Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılıb və həmin ərazi nəzarətə götürülüb.

Martın 4-də saat 17:00 radələrində, şəxsiyyəti sonradan məlum olan Azərbaycan vətəndaşı Abbasov Ataxan Habil oğlunun velosipedlə sözügedən əraziyə gəldiyi müşahidə edilib. O, velosipeddən düşərək Balharı çayının üzərindəki körpünün altına enib. Burada gizlədilən ədəd düyü torbasını götürüb körpünün üstünə qalxarkən əməliyyat qrupu tərəfindən saxlanılıb.

Cənub Ərazi Baş Gömrük İdarəsində həmin torbaya baxış zamanı torbadakı düyünün arasında 3 ədəd bağlama aşkar edilib. Həmin bağlamaların içərisində isə qablaşdırılmaları ilə birlikdə ümumi çəkisi 3 543 qram olan narkotik vasitə – heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …