Bazar , Oktyabr 2 2022
Qaçan xəbərlər

Baş məşqçi karantinə alınacaq

Futbol üzrə İsrail millisinin baş məşqçisi Andreas Hertsoq koronavirus epidemiyasına görə karantinə alınacaq.

Həftə.az xəbər verir ki, UEFA Millətlər Liqasının Niderlandın paytaxtı Amsterdamdakı püşkatma mərasimində iştirak etmiş avstriyalı mütəxəssis İsrail Səhiyyə Nazirliyinin koronavirusla mübarizədə gördüyü sərt tədbirlər səbəbindən ölkəyə qayıtdıqdan sonra 14 gün nəzarət altında olacaq.

Artıq yerli futbol qurumunun bir neçə rəsmisi bu səbəbdən karantinə göndərilib. Ümumilikdə isə görülmüş tədbirlər çərçivəsində son 2 həftədə ölkə xaricindəki tədbirlərə qatılan 100-dən çox insan nəzarət altına alınıb.

Son məlumata görə, İsraildə koronavirusa yoluxanların sayı 15 nəfərdir. (report.az)

Baxın

Koronavirusa yoluxan idmançılar – SİYAHI

Dünyada koronavirusa yoluxan idmançılardan indiyədək 11-nin adı ictimaiyyətə açıqlanıb. Həftə.az xəbər verir ki, onların 6-sı …