Bazar ertəsi , Oktyabr 3 2022
Qaçan xəbərlər

AL-da “Başakşehir” matçı azarkeşsiz keçiriləcək

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsindəki “Kopenhagen” (Danimarka) – “Başakşehir” (Türkiyə) matçı azarkeşsiz keçiriləcək.

Həftə.az xəbər verir ki, fanatlar martın 12-də Kopenhagendə olacaq görüşü koronavirus səbəbindən stadiondan canlı izləyə bilməyəcəklər. Virusun yayılmasının qarşısını almaq məqsədilə bu addımın atıldığı bildirilib.

Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final mərhələsində İspaniya “Valensiya”sı ilə İtaliya “Atalanta”sı arasındakı cavab oyunu, həmçinin Avropa Liqasının 1/8 final mərhələsinin “İnter” (İtaliya) – “Xetafe” (İspaniya) görüşü də eyni səbəbdən azarkeşsiz baş tutacaq. 

Xatırladaq ki, Danimarkada koronavirusa 21 yoluxma halı aşkar olunub. (report.az)

Baxın

Koronavirusa yoluxan idmançılar – SİYAHI

Dünyada koronavirusa yoluxan idmançılardan indiyədək 11-nin adı ictimaiyyətə açıqlanıb. Həftə.az xəbər verir ki, onların 6-sı …