Bazar ertəsi , Sentyabr 26 2022
Qaçan xəbərlər

Əsədin 21 hərbçisi zərərsizləşdirildi

Türkiyə Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları martın 5-də İdlibdə 2 türk əsgərinin həlak olmasına cavab olaraq Suriya ordusunun 21 əsgərini zərərsizləşdirib.

Həftə.az  bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, Türkiyə ordusunun cavab atəşi ilə qarşı tərəfin iki artilleriya qurğusu və həmin sayda reaktiv yaylım atəşi sistemi də məhv edilib.

Əməliyyat yerli vaxtla saat 16:00-da keçirilib.

Daha əvvəl Milli Müdafiə Nazirliyi bildirib ki, Bəşşar Əsədə məxsus qüvvələrin atəşi nəticəsində İdlibdə iki türk hərbi qulluqçusu həlak olub, daha üç hərbçi yaralanıb.

Xatırladaq ki, hadisə martın 5-də yerli vaxtla saat 16:00-da radələrində baş verib. Martın 6-da saat 00.00-dan isə İdlibdə atəşkəs rejimi qüvvəyə minib. (report.az)

Baxın

Gürcüstanın baş naziri: “Azərbaycanla ehtiyatlı olmalıyıq”

“David Qareci məsələsinin siyasiləşdirilməsi yolverilməzdir”. Hefte.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxariya …