Cümə axşamı , Oktyabr 6 2022
Qaçan xəbərlər

Yaşayış binasında partlayış olub – FOTO

Sumqayıt şəhərində yaşayış binasında partlayış olub. Xəsarət alanlar var. Hadisə şəhərin 9-cu mikrorayonunda ev 71, mənzil 33 ünvanında qeydə alınıb.

 Həftə.az xəbər verir ki, partlayış qaz sızması nəticəsində baş verib. İnsident nəticəsində 1960-cı il təvəllüdlü Nuriyev Məhyəddin Balaxan oğlu və onun həyat yoldaşı 1970-ci il təvəllüdlü Nuriyeva Narınc Ağacəfər qızı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Sumqayıt Şəhər Təcili Tibbi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

(AzərTac)



Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …