Cümə , Sentyabr 30 2022
Qaçan xəbərlər

Xəzər TV SOCAR-a verildi

“Xəzər” televiziyasının yeni rəhbəri, Xalq artisti Murad Dadaşovu kollektivə SOCAR-ın rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezident Xalik Məmmədov təqdim edib.

Həftə.az xəbər verir ki, o, çıxışında “Xəzər” TV-nın SOCAR media qrupuna daxil edildiyini bildirib. Təqdim etmə mərasimində yeni rəhbərliyin televiziyada köklü islahatlar aparacağı vurğulanıb.

Qeyd edək ki, Xəzər TV-nin bundan əvvəlki rəhbəri və təsisçisi Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun oğlu Şamxal olub.

Baxın

Azərbaycanda 4 bankın bütün səlahiyyətləri alındı

Azərbaycan Respublikasnın Mərkəzi Bankının İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli müvafiq qərarları ilə “Atabank” …