Bazar ertəsi , Oktyabr 3 2022
Qaçan xəbərlər

Koronavirusa yoluxanların sayı 6 oldu

İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn daha üç şəxsdə koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Həftə.az xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahdan verilən məlumata görə, həmin şəxslərdən biri 1988-ci il təvəllüdlü Almaniya vətəndaşı, digər iki nəfər isə 1994 və 1999-cu il təvəllüdlü, İranın Qum şəhərində təhsil alan Azərbaycan vətəndaşıdır. Həmin şəxslər xüsusi rejimli xəstəxanaya yerləşdiriliblər.

Hazırda pasiyentlərin vəziyyəti kafidir, hərarətləri normaldır, şikayətləri yoxdur. Onların müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

İndiyə qədər koronavirusa yoluxmuş bütün şəxslərin vəziyyəti sabitdir, səhhəti ciddi nəzarətdə saxlanılır, onların müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

Qeyd edək ki, operativ qərargah bundan əvvəl Azərbaycanda 3 nəfərdə koronavirus aşkarlandığını açıqlamışdı. Beləliklə, ölkədə koronavirusa yoluxmuş şəxslərin sayı 6-ya çatıb. (apa.az)

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …