Bazar , Oktyabr 2 2022
Qaçan xəbərlər

Türkiyənin 2 hərbçisi şəhid oldu – VİDEO

Türkiyə Silahlı Qüvvələri Suriyada itkilər verib.

Həftə.az xəbər verir ki, bu məlumatı ölkənin Milli Müdafiə Nazirliyi açıqlayıb.

Açıqlamaya görə, rejim qüvvələrinin açdığı atəş nəticəsində Türkiyə ordusunun 2 hərbçisi şəhid olub, 6 nəfər isə yaralanıb.

Həmçinin qeyd edilir ki, Türkiyə tərəfinin başlatdığı “Bahar qalxanı” hərəkatının əvvəlindən bu günə qədər düşmənin 3 təyyarə, 8 helikopter, 3 PUA, 151 tank, 47 top/haubitsa, 52 reaktiv yaylım atəş sistemi, 8 hava hücumundan müdafiə sistemi, 12 tankvuran silah, 4 qısalüləli top, 24 zirehli maşın, 27 zirehli döyüş texnikası, 34 silahlı pikap, 60 hərbi maşın və 10 silah-sursat deposu məhv edilib. 

Bundan başqa, həmin rejimə aid 3 138 qüvvənin də zərərsizləşdirildiyi bildirilir.  (report.az)

Baxın

Gürcüstanın baş naziri: “Azərbaycanla ehtiyatlı olmalıyıq”

“David Qareci məsələsinin siyasiləşdirilməsi yolverilməzdir”. Hefte.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxariya …