Bazar ertəsi , Oktyabr 3 2022
Qaçan xəbərlər

Türkiyə millisi daha bir itki ilə üzləşdi

Türkiyə millisi AVRO-2020 ərəfəsində daha bir futbolçu itkisi ilə üzləşib.

Həftə.az-ın məlumatına görə, İngiltərə “Kristal Pelas”ında çıxış edən Cenk Tosun məşq vaxtı zədələnib. Onun yaşıl meydanlardan 6 ayadək kənarda qalacağı müəyyənləşib.

Daha əvvəl Yusuf Yazıcı və Merih Demiralın da uzunmüddətli zədə problemi ilə üzləşdiyi açıqlanıb. Onların da AVRO-2020-ni buraxacaqları bildirilir. Əvəzində Abdulkadir Ömür artıq yaşıl meydanlara qayıdıb, Dorukhan Toköz isə kollektiv məşqlərə hələ başlamayıb. 

Qeyd edək ki, Avropa çempionatı 12 iyun – 12 iyulda olacaq. AVRO-2020-nin təqviminə əsasən, açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda üz-üzə gələcəklər. İyunun 17-də Türkiyə – Uels, iyunun 21-də isə İsveçrə – Türkiyə matçları Bakı Olimpiya Stadionunda təşkil olunacaq. (report.az)

Baxın

Koronavirusa yoluxan idmançılar – SİYAHI

Dünyada koronavirusa yoluxan idmançılardan indiyədək 11-nin adı ictimaiyyətə açıqlanıb. Həftə.az xəbər verir ki, onların 6-sı …