Bazar ertəsi , Oktyabr 3 2022
Qaçan xəbərlər

Rusiya Konstitusiyasında yenilik

Rusiya Müsəlmanlarının Mərkəzi Dini İdarəsinin sədri, Rusiyanın ali müftisi Talqat Tacuddin Konstitusiyada Allahın adının çəkilməsi barədə düzəlişi dəstəkləyib.

Həftə.az xəbər verir ki, T.Tacuddin Allahı tanımağın bütün dinə aid insanların daxili mahiyyətini təşkil etdiyini bildirib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Konstitusiyanın 67.1-ci bəndində Allahın adının çəkilməsini təklif edib. Düzəlişlər qəbul edilərsə, bu bənd belə səslənəcək: “Minillik tarixlə birləşmiş Rusiya Federasiyası idealları və Allaha inamı bizə ötürmüş əjdadlarımızın xatirəsini, eləcə də Rusiya dövlətinin inkişafında varisliyi qoruyub saxlayaraq, tarixən formalaşmış dövlət birliyini tanıyır”.

Bundan əlavə, Prezident konstitusiyada rus dilinə dövlət dili statusunun verilməsini də təklif edib. Dini İdarənin sədri bu təklifi də dəstəkləyərək deyib ki, rus dili Rusiyada millətlərarası ünsiyyət dildir. Ölkədə yaşayan 193 böyük və kiçik xalqlar rus dili vasitəsi ilə ünsiyyət qururlar.

(AzərTac)

Baxın

Gürcüstanın baş naziri: “Azərbaycanla ehtiyatlı olmalıyıq”

“David Qareci məsələsinin siyasiləşdirilməsi yolverilməzdir”. Hefte.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxariya …