Bazar ertəsi , Sentyabr 26 2022
Qaçan xəbərlər

Rəsmilərin səfərlərinə qadağa qoyuldu

İran hökuməti məmurların bütün xarici səfərlərini ləğv edib.

Həftə.az xəbər verir ki, bu barədə ölkənin birinci vitse-prezidenti İshaq Cahangiri məlumat verib.

Onun sözlərinə görə, məqsəd koronavirusun ölkədə geniş yayılmasının qarşısını almaqdır.

Qeyd edək ki, İran səhiyyə nazirinin müavini Əlirza Rəisi ölkədə koronavirusdan ölənlərin sayının 77 nəfərə çatdığını bildirib.

Onun sözlərinə görə, daha 835 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 2 336 nəfərə çatıb. Bu günədək 435 nəfər isə koronavirusdan sağalıb. (report.az)

Baxın

Gürcüstanın baş naziri: “Azərbaycanla ehtiyatlı olmalıyıq”

“David Qareci məsələsinin siyasiləşdirilməsi yolverilməzdir”. Hefte.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxariya …