Cümə axşamı , Oktyabr 6 2022
Qaçan xəbərlər

“Qarabağ” da məşqləri dayandırdı

“Qarabağ” klubunun Futbol Akademiyasında bütün komandaların məşqləri martın 10-dək ləğv olunub.

Həftə.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu addım koronavirus (COVİD – 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlərlə əlaqədar atılıb. Məqsəd yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsindən ibarətdir. 

Qeyd edək ki, daha əvvəl AFFA bütün aşağı yaş qrupları üzrə liqalarda oyunları, “Neftçi” isə uşaq komandalarının məşqlərini ləğv edib. 

Baxın

Koronavirusa yoluxan idmançılar – SİYAHI

Dünyada koronavirusa yoluxan idmançılardan indiyədək 11-nin adı ictimaiyyətə açıqlanıb. Həftə.az xəbər verir ki, onların 6-sı …