Cümə axşamı , Oktyabr 6 2022
Qaçan xəbərlər

Paşinyanın mühafizəçisi koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildi

Ermənistan Baş Naziri Nikol Paşinyanın mühafizə xidmətinin əməkdaşı yüksək bədən temperaturu ilə təcili olaraq İrəvan infeksion xəstəliklər xəstəxanasına yerləşdirilib.

Həftə.az xəbər verir ki, bu barədə “timer.ge” məlumat yayıb.

N. Paşinyanın mühafizəçisində koronavirusun simptomları müşahidə edilib. 

N. Paşinyan iki günlük səfərdən sonra bu gün Ermənistana qayıdıb. Onu hava limanından Gürcüstanın Baş Naziri Giorgi Qaxariya yola salıb. 

Faktın aşkarlanmasından sonra G. Qaxariya və onun mühafizəçilərinin, həmçinin Ermənistan nümayəndə heyətini müşahidə edən digər şəxslərin Gürcüstanda koronavirusa yoluxmaların müəyyən edildiyi “Luqar” klinikasında analiz verəcəkləri bildirilib. (apa.az)

Baxın

Gürcüstanın baş naziri: “Azərbaycanla ehtiyatlı olmalıyıq”

“David Qareci məsələsinin siyasiləşdirilməsi yolverilməzdir”. Hefte.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxariya …