Cümə , Sentyabr 30 2022
Qaçan xəbərlər

Koronavirusa qarşı bu DƏRMAN təyin edilə bilər

Çin hökuməti koronavirusa yoluxmuş, ağır vəziyyətdə olan xəstələrin müalicəsi zamanı “Roche Holding AG” şirkətinin artrit dərmanlarından istifadəni təsdiqləyib.

Həftə.az xəbər verir ki, İsveçrənin nəhəng əczaçılıq şirkəti tərəfindən “Actemra” ticarət nişanı altında satılan “Tocilizumab” preparatı ağ ciyərlərin ciddi zədələnməsinə məruz qalan və qanın tərkibində iltihabı və ya immunoloji xəstəlikləri bildirən “Interleukin 6” adlı proteinin miqdarı çox olan koronavirus xəstələrinə təyin edilə bilər.

“Roche” əczaçılıq şirkətinin fikrincə, “Actemra” preparatı “Interleukin 6” proteini ilə əlaqədar olan iltihabı məhdudlaşdırmağa kömək edə bilər.

Lakin hələlik bu preparatın koronavirus xəstələrinə səmərəli təsir göstərə biləcəyinə dair heç bir kliniki sınaq aparılmayıb. (apa.az)

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …