Cümə , Sentyabr 30 2022
Qaçan xəbərlər

“Koronavirus” sözü belə tələffüz olmalıdır

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutu “koronavirus” sözünün düzgün tələffüzünü müəyyənləşdirib.

Həftə.az xəbər verir ki, İnstitutun direktoru, akademik Möhsün Nağısoylu “Report”a açıqlamasında bildirib ki, alınma sözlərin tələffüzü Azərbaycan dilinə uyğunlaşdırılır:

“Ona görə də “koronavirus” sözü “karonavirus” kimi tələffüz olunmalıdır”. 

Akademik deyib ki, “koronavirus” sözünün düzgün tələffüz forması ilin sonuna qədər çapdan çıxacaq “Azərbaycan dilinin Orfoepiya lüğəti”nə əlavə olunacaq.

Qeyd edək ki, “koronavirus” iki sözün birləşməsindən əmələ gələn mürəkkəb söz kimi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nə salınıb.

Xatırladaq ki, yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” mart ayında çapdan çıxacaq. (report.az)

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …