Çərşənbə , Sentyabr 28 2022
Qaçan xəbərlər

“Korona” yoxsa “Çin virusu”?!

“Bəzi media qurumları tərəfindən koronavirusa “Çin virusu” deyilməsi ifrat məsuliyyətsiz davranışdır”.

Həftə.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Jao Lician bildirib.

O, Ümumdünya Səhiyyə Təşkilatı (ÜHO) tərəfindən də yeni koronavirus xəstəliyi üçün coğrafi yerləşməyə işarə vuraraq heysiyyətə toxuna biləcək başqa adlar işlətməyin qarşısını almaq üçün dəfələrlə COVİD-19 adının işlədildiyini xatırladıb.

Virusun dünya boyu yayıldığını qeyd edən XİN rəsmisi ilk dəfə Çindən yayılmağa başlaması faktının virusun mənşəyini də bu ölkəyə bağlamaq üçün tutarlı əsas yatamaması barədə tənəffüs xəstəliklər üzrə ekspert Jonq Nanşanın fikirlərini misal gətirib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 82 ölkə və regionu əhatə edir.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 94 380-ə çatıb. Bunların 51 317 nəfəri sağalıb, 3 221 nəfəri isə ölüb.

(report.az)

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …