Cümə axşamı , Oktyabr 6 2022
Qaçan xəbərlər

Kinoindustriya beş milyard dollar itirə bilər

Dünya kino industriyası koronavirusun yayılması ilə əlaqədar nümayişlərin ləğv edilməsi səbəbindən beş milyard dollara qədər gəlir itirə bilər.

Həftə.az xəbər verir ki, Çində bütün kinoteatrlar bağlanıb, Cənubi Koreyada və İtaliyada kassa yığımları, Yaponiyada isə virus səbəbindən kinoteatrlara gələnlərin sayı azalıb.

Bu il yanvarın 24-dən fevralın 23-dək, ənənəvi olaraq, Çində yeni il qeyd edilən müddətdə biletlərin satışından əldə edilən gəlir 4,2 milyon dollar təşkil edib, halbuki ötən ilin eyni dövrü ərzində kinozallar 1,76 milyard dollar qazanıb.

Cənubi Koreyada ötən istirahət günlərində biletlərin satış həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 80% azalıb.

Analitiklər hesab edirlər ki, bütövlükdə sahənin itkiləri ən azı beş milyard dollar təşkil edəcək. Digər dünya bazarlarında da kassa yığımları azalmağa başlayarsa, bu rəqəm xeyli arta bilər.

Ekspertlərin proqnozlarına görə, hələ bir neçə ay vəziyyət dəyişməyəcək. (Trend.az)

Baxın

Məşhurun atası koronavirusdan öldü

Həftə.az xəbər verir ki, koronavirusdan ölənlərin sayı artmaqda davam edir. Onlardan biri də Türkiyənin məşhur …