Bazar , Oktyabr 2 2022
Qaçan xəbərlər

Ermənistanda rəhbər axtarılır…

Ermənistanın baş naziri Nikol Paşinyan polis rəisi (daxili işlər naziri) və Milli Təhlükəsizlik Xidməti direktoru vəzifələrinə kadr tapmır.

Həftə.az xəbər verir ki, baş nazirin bu vəzifələrə rəhbər təyin etmək üçün 15 gün vaxtı qalıb.

Hazırda 2019-cu il sentyabrın 19-dan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsini müvəqqəti olaraq Eduard Martirosyan icra edir. Başqa sözlə, 5 ay yarımdır bu vəzifəyə rəhbər təyin olunmayıb. Ancaq bu müddət 6 aydan artıq davam edə bilməz. Odur ki, Nikol Paşinyan 15 gün müddətində bu qurumlara rəhbər təyin etməlidir.

Xatırladaq ki, Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyan olub. O, bu vəzifədən 2019-cu il sentyabrın 17-də azad edilib.

Ermənistan polisinin rəisi Valeri Osipyan da həmin il sentyabrın 18-də istefa verib. 

(report.az)

Baxın

Gürcüstanın baş naziri: “Azərbaycanla ehtiyatlı olmalıyıq”

“David Qareci məsələsinin siyasiləşdirilməsi yolverilməzdir”. Hefte.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxariya …