Bazar ertəsi , Oktyabr 3 2022
Qaçan xəbərlər

Təcili yardım çatmadı, 2 ölü – Dəhşətli VİDEO

Xəbər verdiyimiz kimi bugün gecə Ziya Bünyadov prospektində dəhşətli qəza baş verib. İki avtomobil toqquşaraq ortadan bölünüb.

Nəticədə yaralı halda olan 2 sərnişin Təcili Yardım hadisə yerinə vaxtında yetişmədiyi üçün canını tapşırıb.

Hadisə şahidlərinin Həftə.az-a bildirdiyinə görə, qəzadan sonra hər 2 sərnişin sağ olub və Təcili Tibbi Yardım maşınları vaxtında yetişsə idi, sağ qalma şansları olardı.

Xatırladaq ki, ilk xəbərdə 7 nəfərin həlak olduğu bildirilsə də, hazırda 2 nəfərin öldüyü, daha 2 nəfərin ağır yaralandığı məlumdur.

Hadisə yerindən növbəti görüntüləri sizə də təqdim edirik:

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …