Şənbə , Oktyabr 1 2022
Qaçan xəbərlər

Xalq artisti konsertini təxirə saldı

Xalq artisti Röya Ayxan Azərbaycanda koronavirusun yayılmasının qarşısının alınmasına yönəlik profilaktik tədbirlərə uyğun olaraq 6, 7, 8 və 9 mart tarixlərində Bakı Konqres Mərkəzində keçirilməsi nəzərdə tutulan “Nazlı” adlı solo konsertinin tarixini dəyişdirib.

Həftə.az xəbər verir ki, nəzərdə tutulan 4 günlük solo konsertin hər birində 3000-dən çox tamaşaçının iştirak edəcəyini nəzərə alaraq Azərbaycanda və bütün dünyada aparılan profilaktik tədbirlərə və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı tövsiyəyə uyğun olaraq bu qərarı verib:

“Bu tipli kütləvi tədbirlərdə belə virusun yayılma təhlükəsini nəzərə aldıq. Bizim üçün insanlarımızın, sevimli tamaşaçılarımızın səhhəti ilə bağlı məsələlər vacib olduğu üçün həyata keçirilən profilaktik tədbirlərə dəstək göstərmək qərarını verdik”.

Sənətçi solo konsertinin yeni tarixi barədə əlavə məlumat veriləcəyi qeyd olunub. Martdakı konsertə bilet almış şəxslər yaranmış suallarla əlaqədar şəhərin müvafiq kassalarına müraciət edə bilərlər.

Baxın

Məşhurun atası koronavirusdan öldü

Həftə.az xəbər verir ki, koronavirusdan ölənlərin sayı artmaqda davam edir. Onlardan biri də Türkiyənin məşhur …