Bazar ertəsi , Sentyabr 26 2022
Qaçan xəbərlər

Neftçala xəstəxanasına direktor təyin olundu

Neftçala və Astara rayon mərkəzi xəstəxanalarına direktorlar təyin olunub.

Həftə.az xəbər verir ki, bu barədə  Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. 

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə Əliyev Ramiz Bəylər oğlu “Neftçala Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə, Azadxanov Elnur Ramazan oğlu “Astara Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə direktor vəzifəsinə təyin olunub.

Qeyd edək ki, TƏBİB tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirən qurumdur. TƏBİB-in fəaliyyətinin əsas məqsədi tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir. (report.az)

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …