Bazar , Oktyabr 2 2022
Qaçan xəbərlər

Naxçıvanda bu müəssisələrdə dərslər dayandırılmayacaq

Naxçıvan Muxtar Respublikasının ali və orta ixtisas təhsil müəssisələrində dərslər tədris qrafikinə uyğun olaraq dayandırılmayacaq.

Həftə.az xəbər verir ki, bu barədə “Nuhçıxan” İnformasiya Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, tədrislə yanaşı, müvafiq profilaktika və dezinfeksiya işləri də davam etdiriləcək.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil və peşə məktəblərində isə tədris prosesi 2020-ci ilin mart ayının 4-dən 9-dək dayandırılıb. Ümumtəhsil və peşə məktəblərində tədris martın 10-dan yenidən bərpa olunacaq.

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …