Çərşənbə , Sentyabr 28 2022
Qaçan xəbərlər

Millətlər Liqasının püşkü atılacaq

Bu gün UEFA Millətlər Liqasının püşkatma mərasimi keçiriləcək.

Həftə.az xəbər verir ki, Niderlandın paytaxtı Amsterdamda olacaq tədbir  Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Püşkatma nəticəsində, millimizin C Liqasındakı rəqibləri müəyyənləşəcək Komandanın potensial rəqibləri Yunanıstan, Albaniya, Monteneqro, Gürcüstan, Şimali Makedoniya, Kosovo, Belarus, Kipr, Estoniya, Sloveniya, Litva və Lüksemburqdur. Yığma C Liqasının 4-cü səbətində yer aldığı üçün Ermənistan, Qazaxıstan və Moldovaya rəqib ola bilməyəcək.

Liqaların tərkibi belədir:

A Liqası

1-ci səbət: Portuqaliya (2018/2019 mövsümünün qalibi), Niderland, İngiltərə, İsveçrə

2-ci səbət: Belçika, Fransa, İspaniya, İtaliya

3-cü səbət: Bosniya və Herseqovina, Ukrayna, Danimarka, İsveç

4-cü səbət: Xorvatiya, Polşa, Almaniya, İslandiya

B Liqası

1-ci səbət: Rusiya, Avstriya, Uels, Çexiya

2-ci səbət: Şotlandiya, Norveç, Serbiya, Finlandiya

3-cü səbət: Slovakiya, Türkiyə, İrlandiya, Şimali İrlandiya

4-cü səbət: Bolqarıstan, İsrail, Macarıstan, Rumıniya

C Liqası

1-ci səbət: Yunanıstan, Albaniya, Monteneqro, Gürcüstan

2-ci səbət: Şimali Makedoniya, Kosovo, Belarus, Kipr

3-cü səbət: Estoniya, Sloveniya, Litva, Lüksemburq

4-cü səbət: Ermənistan, AZƏRBAYCAN, Qazaxıstan, Moldova

D Liqası

1-ci səbət: Cəbəllütariq, Farer adaları, Latviya, Lixtenşteyn

2-ci səbət: Andorra, Malta, San-Marino

Millətlər Liqasının qrup oyunlarının təqvimi

I tur: 1 – 3 sentyabr

II tur: 6 – 8 sentyabr

III tur: 8 – 10 oktyabr

IV tur: 11 – 13 oktyabr

V tur: 12 – 14 noyabr

VI tur: 15 – 17 noyabr

Xatırladaq ki, Millətlər Liqasının qalibi yenə A Liqasında birinci yeri tutan 4 komanda arasında 2 – 6 iyun 2021-ci ildə təşkil olunacaq görüşlərdən sonra müəyyənləşəcək. Turnirin ilk qalibi Portuqaliya millisidir. (qol.az)

Baxın

Koronavirusa yoluxan idmançılar – SİYAHI

Dünyada koronavirusa yoluxan idmançılardan indiyədək 11-nin adı ictimaiyyətə açıqlanıb. Həftə.az xəbər verir ki, onların 6-sı …