Bazar , Oktyabr 2 2022
Qaçan xəbərlər

Devalvasiya qaçılmaz olacaq

“Hökumət həmən devalvasiya qərarı verməyəcək, azı may-iyun ayına qədər gözləyəcək, amma neft 50 dollardan aşağı düşüb o zamana qədər elə qalsa 10-15%-lik devalvasiya qaçılmaz olacaq.”

Həftə.az xəbər verir ki, bu fikirləri iqtisadçı Natiq Cəfərli səsləndirib.

Neftin qiyməti düşür, bu gün 52 dollar civarındadı. Hələki OPEC və Rusiya sözlü müdaxilələr və hasilatın daha da azaldılması nağılları ilə qiyməti 55 dollar civarında tutmağa çalışır. Sırf iqtisadi amilləri götürsək qiymət 40-45 dollara qədər düşməlidi – çünki dünyada iqtisadi aktivlik kəskin azalır, virus təhlükəsi artıqca daha da azalacaq, hətta virus təhlükəsi yaxın 2 ayda nazarət altına alınsa belə dünyada  iqtisadiyyatın özünə gəlməsi azı 6-8 ay çəkəcək.

Belə bir vəziyyətdə zatən manata basqılar artır, təbii ki, hökumət həmən devalvasiya qərarı verməyəcək, azı may-iyun ayına qədər gözləyəcək, amma neft 50 dollardan aşağı düşüb o zamana qədər elə qalsa 10-15%-lik devalvasiya qaçılmaz olacaq.

Sabah, martın 4-də bütün əmanətlərə tədbiq edilən sığortanın müddəti bitir – hökumətdən heç bir açıqlama, mövqe yoxdur. Əgər sabah əmanətlərin tamamının sığortalanması qərarı uzadılmasa əhalinin bir qismi öz əmanətlərini, əsasən də manatla olan əmanətlərini banklardan geri çəkməyə başlayacaq. Bu isə zatən zorla ayaqda duran bank sektoruna ciddi ziyan vuracaq. Banklar onsuz da ölkə iqtisadiyyatı kimi primitiv modellə işləyir, kassa rolunu oynayırlar – depozit götürüb əsasən istehlak krediti verməklə məşğuldurlar, 21-ci əsrin bankı kassa olmur, investisiya mərkəzinə, fonduna çevrilirlər”- deyə o bildirib.

Baxın

“Prezidentin yetişdirdiyi kadrları ondan gizlədirlər!”

Hefte.az xəbər verir ki, bu sözləri “Yaşıllar” hərəkatının lideri Ceyhun Osmanlı deyib. Ölkə başçısının son …