Çərşənbə , Sentyabr 28 2022
Qaçan xəbərlər

UEFA-da koronavirus həyəcanı

Koronavirusun dünyanın bir çox ölkəsində sürətlə yayılması UEFA-nı hərəkətə gətirib.

Həftə.az xəbər verir ki, bu gün qitə futbol qurumu məsələ ilə əlaqədar olaraq Amsterdamda növbədənkənar iclas keçirəcək.

Sayca 44-cü UEFA Konqresində koronavirusla bağlı son durumla bağlı müzakirələr aparılacaq, çıxış yolları axtarılacaq. İtaliya, İsveçrə kimi çempionat oyunları təxirə salınmış ölkələrdəki vəziyyət təhlil ediləcək, həmçinin AVRO-2020-nin bəzi ev sahiblərinin dəyişdirilmə ehtimalı gözdən keçiriləcək.

Xatırladaq ki, AVRO-2020 12 iyun – 12 iyul tarixlərində Avropanın 12 şəhərində baş tutacaq. Bakı qrup mərhələsinin üç, 1/4 final mərhələsinin isə bir oyununu qəbul edəcək. (apa.az)

Baxın

Koronavirusa yoluxan idmançılar – SİYAHI

Dünyada koronavirusa yoluxan idmançılardan indiyədək 11-nin adı ictimaiyyətə açıqlanıb. Həftə.az xəbər verir ki, onların 6-sı …