Cümə axşamı , Oktyabr 6 2022
Qaçan xəbərlər

Tokio-2020-nin keçirilməsi müzakirə edilir

Tokioda keçiriləcək Yay Olimpiya Oyunları koronavirus üzündən tamaşaçısız keçirilə bilər.

Həftə.az xəbər verir ki, yarışın yalnız televiziya ilə nümayiş olunması variantı müzakirə edilir.

Belə qərar çoxmilyonlu yayım müqavilələrini qane edəcək. Həmçinin bu variant yarışın ləğv edilməsi və ya başqa yerə keçirilməsinə alternativ addım ola bilər.

Olimpiadanın ev sahibi Yaponiyanı da qane edən qərar olacaq. Oyunlara hazırlığa 12 milyard dollar xərcləyən asiyalılar yarışın ləğv edilmə və ya başqa yerə keçirilməsindən ehtiyatlanırlar.

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax da təşkilatçıların mövqeyini dəstəkləyib. O bildirib ki, rəhbərlik etdiyi təşkilat da yaponiyalılar kimi Olimpiadanın iyulun 24-dən avqustun 9-dək keçirilməsinin tərəfdarıdır. (apa.az)

Baxın

Koronavirusa yoluxan idmançılar – SİYAHI

Dünyada koronavirusa yoluxan idmançılardan indiyədək 11-nin adı ictimaiyyətə açıqlanıb. Həftə.az xəbər verir ki, onların 6-sı …