Bazar ertəsi , Sentyabr 26 2022
Qaçan xəbərlər

“Sovetski” sakinlərinə əlavə yardım göstərildi

“Sovetski” adlanan ərazidən köçürülmüş sakinlərə əlavə maddi yardım göstərilib.

Həftə.az-ın məlumatına görə, bunu Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Yasamal rayonunda 2019-cu ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclasında deyib.

E. Həsənov bildirib ki, Prezident İlham Əliyevin göstərişi ilə Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, 2018-2019-cu illərdə “Sovetski” adlanan ərazidən köçürülmüş sakinlərə mərhələli şəkildə Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş hesablanma qaydasına uyğun olaraq Yasamal rayon İcra Hakimiyyəti tərəfindən 2002 ünvan üzrə 1969 daşınmaz əmlak sahibinə 32 087 842 manat məbləğində əlavə maddi yardım ödənilib. (apa.az)

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …